Menyu

Robert Koçaryanın oğlu yenidən Ermənistan İstintaq Komitəsinə çağırılıb

Nərmin Qocamanlı
Robert Koçaryanın oğlu yenidən Ermənistan İstintaq Komitəsinə çağırılıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Köçəryan Ermənistan İstintaq Komitəsinə çağırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Fevralın 5-də ibtidai istintaqın yekunlaşdığı polis məmurlarının döyülməsi işinə bir gün sonra yenidən baxılıb.

Xatırladaq ki, Levon Koçaryan ötən il 25 sentyabrda həbs edilib. O, Baş nazir Nikol Paşinyanın əleyhinə paytaxt İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edən zaman saxlanılıb.

Onun barəsində dörd polis əməkdaşını döyməklə bağlı ittiham irəli sürülüb.

Teqlər:

"Robert Ko\u00e7aryan\u0131n o\u011flu yenid\u0259n Erm\u0259nistan \u0130stintaq Komit\u0259sin\u0259 \u00e7a\u011f\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər