http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Kamran Əliyev Rusiyada səfərdədir

08 Dekabr 2022 , 12:25
Kamran Əliyev Rusiyada səfərdədir

Dekabrın 8-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti qurumlararası əlaqələrin möhkəmləndirilməsi və regionda təhlükəsizliyə artan təhdidlərin qarşısının alınması üçün birgə səylərin əlaqələndirilməsi məsələlərinin müzakirəsi məqsədilə Moskva şəhərinə səfər edib.

Baş Prokurorluğunun Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, İqor Krasnov dəvətini qəbul etdiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edərək, qurumlarası münasibətlərin yüksək səviyyədə olduğunu və bunda qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Kamran Əliyev dəvətə görə təşəkkürünü ifadə edərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.

Həmçinin görüş zamanı cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

XƏBƏR LENTİ
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:48

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
Menyu