Menyu

"Azərbaycan və Ermənistan qaz kəmərlərinin bərpası məsələsini hələlik müzakirə etməyiblər"

Nərmin Qocamanlı
"Azərbaycan və Ermənistan qaz kəmərlərinin bərpası məsələsini hələlik müzakirə etməyiblər"

"Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələlik müzakirə etməyiblər".

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq ER Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilib ki, 2023-cü ilin oktyabrında Ermənistan energetika və mineral sərvətlər nazirinin müavini Akop Vardanyan bəyan edib ki, siyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan gələn qaz kəmərlərini bərpa etməyə hazırdır.

"Bərpa işlərinin dəyərinin hesablanmasına gəlincə, nazirlik məsələnin müzakirəyə çıxarıldığını bildirir", - məlumatda qeyd olunub.

Qeyd olunub ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-biri ilə bu magistral qaz kəmərləri vasitəsilə birləşdirilmişdi: Qazax-İrəvan, diametri 1000 mm, 6 km-i bərpa olunmalıdır; Şərur-İrəvan, diametri 700 mm, 22 km bərpa edilməlidir; diametri 700 mm olan Gorus-Naxçıvan 16,5 km-lik hissəsi bərpa olunmalıdır.

Teqlər:

"\"Az\u0259rbaycan v\u0259 Erm\u0259nistan qaz k\u0259m\u0259rl\u0259rinin b\u0259rpas\u0131 m\u0259s\u0259l\u0259sini h\u0259l\u0259lik m\u00fczakir\u0259 etm\u0259yibl\u0259r\""

Əlaqəli Xəbərlər