Menyu

ATƏT-in Baş katibi İlham Əliyevi təbrik edib

Nərmin Qocamanlı
ATƏT-in Baş katibi İlham Əliyevi təbrik edib

ATƏT-in Baş katibi Helqa Maria Şmid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim.

Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm.

Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inanıram.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər