http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevə zəng edib

09 Fevral 2024 , 14:28
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevə zəng edib

Fevralın 9-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb:

"İrakli Kobaxidze İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan-Braziliya siyasi məsləhətləşmələri baş tutub

Azərbaycan-Braziliya siyasi məsləhətləşmələri baş tutub

Ermənistan XİN: Azərbaycanla sülh danışıqları davam etdiriləcək

Ermənistan XİN: Azərbaycanla sülh danışıqları davam etdiriləcək

Almaniyadakı səfirliyimiz azərbaycanlıların sıx yaşadığı şəhərlərdə pasportların rəsmiləşdirilməsinə başlayır

Almaniyadakı səfirliyimiz azərbaycanlıların sıx yaşadığı şəhərlərdə pasportların rəsmiləşdirilməsinə başlayır

XƏBƏR LENTİ
  • Dünən
    23:21

    Pentaqon: Çin ABŞ-nin təhlükəsizliyi üçün ən böyük problemdir
  • Dünən
    23:14

    "Qarabağ" - "Bayer" oyununun biletləri satışa çıxarılır
  • Dünən
    23:03

    Livanın baş naziri: Qəzzada atəşkəs sakitliyə yol açacaq
  • Dünən
    22:51

    Tanzaniyanın keçmiş prezidenti Əli Həsən Mvinyi vəfat edib
  • Dünən
    22:36

    Azərbaycan-Braziliya siyasi məsləhətləşmələri baş tutub
    Azərbaycan-Braziliya siyasi məsləhətləşmələri baş tutub
  • Dünən
    22:22

    Şolts: Ukraynada nə Almaniya ordusu, nə də NATO qoşunları olacaq
  • Dünən
    22:08

    Yunanıstanda tələbələr və müəllimlər 8-ci dəfə küçələrə çıxıblar
  • Dünən
    21:53

    Rusiya: Qəzzada axan qan dayandırılmalıdır
Menyu