Menyu

Rusiya XİN Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayıb

Nərmin Qocamanlı
Rusiya XİN Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayıb

Moskva Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsini alqışlayır və münasibətlərin daha da möhkəmləndirilməsinə sadiq olduğunu bildirir.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işin, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair üçtərəfli sazişlərin bütün müddəalarının ən yüksək səviyyədə həyata keçirilməsinə sadiqdir”, - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər