08 Dekabr 2022, 13:29
“Politico” nəşri Putini “ilin məğlubu” adlandırıb
“Politico” nəşri Putini “ilin məğlubu” adlandırıb şəkil
“Politico” nəşri Putini “ilin məğlubu” adlandırıb

Amerikanın “Politico” nəşri Rusiya prezidenti Vladimir Putini “ilin məğlubu” adlandırıb.


"Operativ Media" bu barədə nəşrin saytına istinadən xəbər verir.

“Vladimir Putinin böyük Rusiya arzusu çətin ki, gerçəkləşsin. Onun Ukraynaya qarşı genişmiqyaslı hücumu, demək olar ki, başladığı kimi tez dağılmağa başladı. Rusiya prezidentinin münaqişənin Ukraynanı “nasistlərdən” təmizlənməsinə yönəlmiş “xüsusi hərbi əməliyyat” kimi tərifinə sadiq qalmasına baxmayaraq, qısa müddət ərzində Kiyevi təhdid edən qoşunlar ölkənin şərqində güclə dayanırlar. Onun yüz minlərlə yeni əsgəri çağırmaq qərarı çağırış yaşında olan kişilərin ölkədən qaçmasına səbəb olub”, - deyə nəşr yazır.

Jurnalistlərin fikrincə, Putinin inadkarlığı müharibənin böyük ehtimalla uzanacağı anlamına gəlir.

 

Son xəbərlər
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək