http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Baş konsul: "Naxçıvan Türkiyə üçün çox qədim və strateji bölgədir"

09 Fevral 2024 , 18:58
Baş konsul: "Naxçıvan Türkiyə üçün çox qədim və strateji bölgədir"

"Naxçıvan Türkiyə üçün çox qədim və strateji bölgədir".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin Naxçıvanda baş konsulu Asip Kaya jurnalistlərə müsahibəsində deyib.

"100 illik yubileylə bağlı bu gün Naxçıvanda geniş tədbir keçirilir və biz də bu tədbirdə iştirak etməkdən qürur hissi keçiririk. Tarix boyunca strateji mövqedə olduğuna görə, bu torpaq təzyiqlərə məruz qalıb. Türkiyə hər zaman Naxçıvanın yanında olub. 1918-1923-cü illər arasında Naxçıvan xalqı burdakı varlığını qorumaq üçün mübarizə aparıb. Moskva və Qars müqaviləsi ilə buranın muxtariyyəti qəbul edildi. Türkiyənin dəstəyi bununla başa çatmadı. Ötən əsrin 90-cı illərində Naxçıvan yenə ağır günlər yaşayırdı. O zaman ümumilli lider Heydər Əliyev və Süleyman Dəmirəl arasında yaxın bir iş birliyi var idi. İki ölkə arasında imzalanan protokolla Türkiyə Naxçıvana böyük dəstək verdi", - baş konsul bildirib.

Qeyd edək ki, fevralın 9-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.//Report//

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu