Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşüb
Nərmin Qocamanlı
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən xəbərə görə, Prezident Sərdar Berdiməhəmmədov dost və qardaş ölkələr olan Türkmənistan və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən razılığını ifadə edib.