DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev feysbuk sosial şəbəkəsindəki profilində qurumun vakansiya elanını paylaşıb.
Həmin paylaşıma azərbaycanlı tanınmış yazıçı Günel Mövlud "Yaxşı ki, Azərbaycanda deyiləm, boyuma uyğun iş yoxmuş" - rəyini bildirib.
E.Hacıyev isə cavabında "İşini yaratmış adamlara inzibati iş lazım olmur. Sizə işi Verən verib" - şərhini yazıb.
"Operativ Media"nın xəbərinə görə, DİN rəsmisinin cavabı sosial şəbəkə istifadəçiləri tərəfindən 250-dən çox reaksiya toplayıb.
Bir çox şəxs isə həmin şərhin görüntüsünü ayrıca profilində paylaşıb, beləliklə mövzu geniş müzakirə yaradıb.
"Operativ Media" həmin dialoqu təqdim edir.