http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sankt-Peterburq şəhərinin qubernatoru İlham Əliyevi təbrik edib

12 Fevral 2024 , 15:20
Sankt-Peterburq şəhərinin qubernatoru İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov İlham Əliyevi təbrik edib.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Səsvermənin nəticələri Azərbaycan xalqının Sizə dərin ehtiramı, sevgisi və etimadını bir daha nümayiş etdirdi, milli lider kimi nüfuzunuzu təsdiq etdi.

Parlaq, qeyri-adi və uzaqgörən siyasi xadim olaraq Siz Vətəninizin tərəqqisi və firavanlığı naminə çox işlər görmüsünüz. Sizin şəxsiyyətiniz, müdrikliyiniz, böyük təcrübəniz və rəhbərlik istedadınız sayəsində bu gün Azərbaycan dinamik inkişaf edən dövlətdir. Ölkənin möhtəşəm nailiyyətləri bütün dünyada səmimi heyrətlə qarşılanır.

Azərbaycanlı tərəfdaşlarla açıq və etibarlı dialoqun aparılması Sankt-Peterburqun beynəlxalq fəaliyyətinin başlıca prioritetlərindən biridir. Şəhər Hökuməti Sizin ikitərəfli münasibətlərin inkişafına şəxsən göstərdiyiniz diqqəti yüksək qiymətləndirir.

Əminəm ki, mənim rəhbərliyimlə bu ilin yazına nəzərdə tutulan Sankt-Peterburqun Azərbaycanda mədəni-işgüzar missiyası bizim dostluq və tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni perspektivli layihələrin başlanğıcı olacaqdır.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycanın daha da inkişafı və respublikanın sakinlərinin rifahı naminə yeni-yeni nailiyyətlər diləyirəm.

Sizi Neva sahillərindəki şəhərdə görməyə həmişə şadam.

Hörmətlə,

 

Aleksandr Beqlov

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru".

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu