Menyu

Kreml Finlandiyanın yeni prezidentinin Rusiya ilə münasibətlərdə balansı qoruyacağına ümid edir

Nərmin Qocamanlı
Kreml Finlandiyanın yeni prezidentinin Rusiya ilə münasibətlərdə balansı qoruyacağına ümid edir

"Kreml Finlandiyanın yeni seçilmiş prezidenti Aleksandr Stubbın mart ayında vəzifəsinin icrasına başladıqdan sonra Moskva-Helsinki münasibətlərində balansı qoruyacağına ümid edir".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Biz ümid etməkdə davam edirik ki, yeni dövlət başçısı hərtərəfli məlumat almaq imkanı əldə edərək Rusiya-Finlandiya münasibətləri məsələsinə daha balanslı münasibət bəsləyəcək", - sözçü bildirib.

Kremlin sözçüsü qeyd edib ki, Moskva yeni prezidentin seçilməsini “fin xalqının suveren məsələsi” hesab edir. “Ona görə də biz ancaq finlərin seçiminə hörmətlə yanaşa bilərik”, - o, qeyd edib.

Teqlər:

"Kreml Finlandiyan\u0131n yeni prezidentinin Rusiya il\u0259 m\u00fcnasib\u0259tl\u0259rd\u0259 balans\u0131 qoruyaca\u011f\u0131na \u00fcmid edir"

Əlaqəli Xəbərlər