http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Braziliya arasında COP sahəsində tərəfdaşlığa start verilib

13 Fevral 2024 , 11:02
Azərbaycan və Braziliya arasında COP sahəsində tərəfdaşlığa start verilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitində iştirak edən Azərbaycan nümayəndə heyəti COP29 un rəhbər ölkəsi olaraq bir sıra görüşlər keçirir. Nümayəndə heyətinə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.

"Opertiv Media" COP29-un rəsmi "X" hesabına istinadən xəbər verir ki, COP28-in vasitəçiliyi ilə COP prezidentləri üçlüyü (ötən, hazırkı və gələcək) çərçivəsində hazırkı və gələcək COP prezidentləri arasında əməkdaşlığı və davamlılığı möhkəmləndirmək üçün Azərbaycan və Braziliya arasında tərəfdaşlığa start verilib. Bu tərəfdaşlığın məqsədi "missiya 1.5°C"ni dəstəkləməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətə təkan verməkdir.

"Üçlük" Paris Sazişinin bütün əsas istiqamətləri üzrə iddia və təklifləri artırmaq, Dubayda əldə edilmiş BƏƏ konsensusuna uyğun kursu tənzimləmək üçün bu gündən başlayaraq COP30-a qədər üç COP prezidenti arasında əməkdaşlıq yaratmaq üçün yaxın zamanlarda platforma təqdim edəcək. Bu barədə COP prezidentləri üçlüyü razılaşma əldə edib.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu