İranın xarici işlər naziriƏmir Abdullahian və Finlandiyanın xarici işlər naziri arasında telefon danışığı olub.
“Operativ Media” “Tasnim”ə istinadən xəbər verir ki, İran XİN rəhbəri Ukraynada müharibənin davam etdirilməsinin əleyhinə olduqlarını bildirib.
“Biz hesab edirik ki, Amerika və Avropa silahlarının Ukraynaya qeyri-məhdud göndərilməsi vəziyyəti daha da mürəkkəbləşdirib”-deyə İran XİN rəhbəri bildirib
Finlandiyanın xarici işlər naziri nüvə sazişinin dirçəldilməsini dəstəklədiyini bir daha vurğulayıb.






