Menyu

Azərbaycan və Moldova Prezidentləri arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Azərbaycan və Moldova Prezidentləri arasında telefon danışığı olub

Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Maya Sandu İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər