http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Ermənistan təxribatları planlı icra edir”- Arzu Nağıyev

13 Fevral 2024 , 11:41
“Ermənistan təxribatları planlı icra edir”- Arzu Nağıyev

"Ermənistan tərəfindən atəşkəsin pozulması bu ölkənin Müdafiə Nazirliyi tərəfindən də təsdiqini tapır. Onlar tərəfindən bildirilib ki, atəş açan hərbçilərin bu proseslərdə iştirakı təsdiq olunarsa, guya cəzalandırılacaq. Bu artıq sübutdur ki, onlar həqiqətən təxribata yol verib, atəşkəsi pozub”.

Bunu “Operativ Media”ya açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Millət vəkili deyir ki, baş verən təxribat heç də təsadüfi deyil:

“Müxtəlif istiqamətlərdə təxribatın törədilməsi onu göstərir ki, bu, planlı şəkildə icra olunub. Baş verən hadisələr dövlət sərhəddində atəşkəsin pozulması kimi dəyərləndirilməlidir. Bunun da bir neçə səbəbi var. Son vaxtlar Rusiya XİN-in Qarabağa ermənilərin qaytarılması və təhlükəsizlik ilə bağlı verdiyi bəyanatların proseslərə təsiri var. Ermənistandakı müxalif və iqtidar Rusiyanın Ermənistanda təsirini azaltmaq istəyirlər. İstər Fransa, istər digər qərb dövlətləri niyə susur və niyə cavab vermir? Birmənalı şəkildə bu təxribat sülhün gecikdirilməsi üçündür. Ermənistan tərəfinin verdiyi sərsəm bəyanatlar sülh prosesini gecikdirməyə hesablanıb”.

Arzu Nağıyevin sözlərinə görə, Azərbaycanın bu gün müstəqil şəkildə yeritdiyi xarici və daxili siyasət Ermənistanı tam şəkildə qane etmir. Məhz buna görə də, Ermənistan tərəfi təxribatlara əl atır.

“Təbii ki, hər bir atəşkəs pozulduqca Azərbaycan buna cavab verəcək. Çünki bizim süverenliyimizə, ərazi bütövlüyümüzə istənilən təhdidin qarşısı alınacaqdır. Hər kəs bilməlidir ki, bizim ərazi bütövlüyümüz, süverenliyimiz önəmlidir. Heçkəs sülhə maneə ola bilməz. Eyni zamanda Qırmızı dəniz böhranı ilə bağlı Zəngəzur dəhlizi yenidən aktuallaşır. Yüklərin təhlükəsiz şəkildə Azərbaycan vasitəsi ilə keçirilməsi gündəmdədir. Məlumdur ki, fevralın ayının 24-də Rusiya və Ukrayna müharibəsinin ildönümüdür. Qərb bu proseslərdə maraqlıdır ki, regionu qızışdırsınlar və Rusiyanı günahlandırsınlar. Bütün baş verən proseslərdə məqsəd Rusiyanı regiondan uzaqlaşdırmaq, Azərbaycanın müstqil siyasətinə maneə olmaqdır. Bunun üçün də Ermənistandan bir vasitə kimi istifadə edilir”.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu