Gürcüstan Azərbaycan sərhədində yeni gömrük postu açılır
Operativ Media
Gürcüstan-Azərbaycan sərhədində yeni gömrük postu inşa ediləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Asiya İnkişaf Bankı Gürcüstana postun tikintisində kömək edəcək.
AİB-in beynəlxalq eksperti Radomir Djuric artıq agentliyə yeni obyektin inkişafı və istismarı şərtləri ilə bağlı hazırlanmış təqdimatı təqdim edib.