Tacikistan prezidenti məmurlara xarici dilləri öyrənməyi tapşırıb
Nərmin Qocamanlı
Fevralın 12-də Tacikistan Prezidenti Emoməli Rəhmon respublikanın bütün rayonlarının hakimlərinin azad edilməsi və təyin edilməsi haqqında fərman imzalayıb.
"Operativ Media" xəbər verir ki, bu gün o, yeni kadrlarla görüşüb, peşə bacarıqlarının artırılması, milli qanunların və beynəlxalq hüquq normalarının mənimsənilməsi, dil bilikləri kimi məsələlərə diqqət yetirib.
Tacikistan prezidenti deyib ki, hər bir dövlət qulluqçusu milli dili yüksək səviyyədə və ən azı iki xarici dili eyni səviyyədə bilməlidir:
“Bununla əlaqədar olaraq ədliyyə sistemi əməkdaşlarına və bütün dövlət qulluqçularına xarici dillərin dərindən öyrənilməsi üçün bir il müddət verilməsi və bu tələblər yerinə yetirilmədiyi təqdirdə onlar barəsində zəruri tədbirlərin görülməsi tapşırılıb”.
Teqlər:
"Tacikistan prezidenti m\u0259murlara xarici dill\u0259ri \u00f6yr\u0259nm\u0259yi tap\u015f\u0131r\u0131b"