Ərdoğan İsraili Fələstin dövlətinin varlığını qəbul etməyə çağırıb
Nərmin Qocamanlı
"İsrail regionda sülh istəyirsə, müstəqil Fələstin dövlətini qəbul etməlidir".
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ -də keçirilən Dünya Hökumət Zirvəsində çıxışı zamanı bildirib.
"Bugünkü böhranın mənbəyi Fələstin ərazilərinin işğalının artmasıdır. İsrail kütləvi qətl siyasətindən əl çəkməyib. Problemin mənbəyini düzgün müəyyənləşdirməsək, həll yolunu tapa bilməyəcəyik. İsrail müstəqil Fələstin dövlətinin varlığını tanımalıdır”, - Ərdoğan bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma