Menyu

XİN Rusiyanın Azərbaycandakı səfirinin sülhməramlılarla bağlı fikrinə münasibət bildirib

Nərmin Qocamanlı
XİN Rusiyanın Azərbaycandakı səfirinin sülhməramlılarla bağlı fikrinə münasibət bildirib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN-nin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimovun “İzvestiya” qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı yerli medianın sualını cavablayarkən bildirib.

"Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş anti-terror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranmışdır.

Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur", - məlumatda qeyd olunub.

Teqlər:

"X\u0130N Rusiyan\u0131n Az\u0259rbaycandak\u0131 s\u0259firinin s\u00fclhm\u0259raml\u0131larla ba\u011fl\u0131 fikrin\u0259 m\u00fcnasib\u0259t bildirib"

Əlaqəli Xəbərlər