http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

XRİTDX-in nümayəndələri BMT Baş Assambleyasının yekun sessiyasında iştirak edib

13 Fevral 2024 , 15:36
XRİTDX-in nümayəndələri BMT Baş Assambleyasının yekun sessiyasında iştirak edib

Nyu-York şəhərində BMT Baş Assambleyasının informasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədli istifadəsi ilə mübarizə üzrə beynəlxalq konvensiyası üzrə yekun sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndələri şöbə rəisi Elgin Abdullayev və Vüsalə Məmmədova iştirak etmişdir.

Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, Konvensiyanın müzakirəsi razılaşdırılmayan bəndlər üzrə aparılmış, yenidən verilən təkliflərə baxılmış və Konvensiyanın məzmununda müəyyən dəyişikliklər edilmişdir.

Müvafiq Konvensiya kriminallaşdırma, prosessual tədbirlər və qanunun tətbiqi, sübutların toplanması, əldə edilməsi, mühafizəsinin təşkili ilə bağlı beynəlxalq əməkdaşlıq, qarşılıqlı texniki yardım və təcrübə mübadiləsi, o cümlədən cinayətlərin qarşısının alınması, aşkarlanması, təhqiqatı və istintaqı, cinayətlərin analizi üzrə təlimlərin və texniki dəstəyin təşkil edilməsi, profilaktik tədbirlər ilə bağlı müddəaları özündə ehtiva edir.

Nümayəndələr tərəfindən sessiyalarda iştirak zamanı Azərbaycan Respublikasının ratifikasiya etdiyi 23 noyabr 2001-ci il tarixli “Kibercinayətkarlıq haqqında Konvensiya”nın və daxili qanunvericiliyin tələblərinə zidd müddəaların qəbul edilməməsi, o cümlədən Konvensiyada nəzərdə tutulan müddəaların təsdiq edildikdən sonra icrasının hüquqi və texniki baxımdan mümkünlüyünə xüsusi diqqət yetirilmişdir.

XRİTDX-nin şöbə rəisi E. Abdullayev iclas zamanı müvafiq bəndlər üzrə təkliflərlə çıxış etmişdir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təklifləri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının “Ad Hoc” Komitəsi tərəfindən nəzərə alınmışdır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu