Menyu

Qərbi Azərbaycan İcması: Avropa İttifaqının bəyanatı düşmənçilik mahiyyəti daşıyır

Nərmin Qocamanlı
Qərbi Azərbaycan İcması: Avropa İttifaqının bəyanatı düşmənçilik mahiyyəti daşıyır

Avropa İttifaqı (Aİ) növbəti dəfə anti-Azərbaycan qərəzindən çıxış edərək, Azərbaycanda keçirilmiş tarixi prezident seçkiləri ilə bağlı 2024-cü il fevralın 14-də Strasburqda böhtan xarakterli bəyanat verib.

Qərbi Azərbaycan İcmasından "Operativ Media"ya bildirilib ki, Aİ-nin bəyanatı düşmənçilik mahiyyəti daşıyır və Azərbaycan xalqının sərbəst şəkildə ifadə etdiyi iradəsinə hörmətsizlikdir.

“Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə üçün dəvət edilməməsindən qəmgin olmuş Aİ-nin diqqətinə çatdırmaq istərdik ki, seçkiləri müşahidə üçün xaricdən kimi dəvət etməyi müəyyənləşdirmək Azərbaycanın suveren hüququdur.

Avropa İttifaqı Azərbaycanofob, səlibçi yanaşmasından, Azərbaycanın daxili işlərinə qarışmaq və ona qara yaxmaq kimi zərərli vərdişlərindən əl çəkməlidir”, - deyə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda vurğulanıb.

Teqlər:

"Q\u0259rbi Az\u0259rbaycan \u0130cmas\u0131: Avropa \u0130ttifaq\u0131n\u0131n b\u0259yanat\u0131 d\u00fc\u015fm\u0259n\u00e7ilik mahiyy\u0259ti da\u015f\u0131y\u0131r"

Əlaqəli Xəbərlər