Menyu

Lukaşenko "Mercedes"dən şikayətlənib

Operativ Media
Lukaşenko "Mercedes"dən şikayətlənib

Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqındakı həmkarları ilə görüşə piyada getməli olduğu üçün “Mercedes”dən şikayətlənib.

"Operativ Media" "TASS"a istinadən xəbər verir ki, Rusiya, Ermənistan, Qazaxıstan liderləri maşınlarında konqres zalına qədər gediblər.

Eyni zamanda binaya pilləkənlərlə qalxan Belarus prezidentinin yanında avtomobil görünməyib.

İçəri girən Lukaşenko qonaqları qarşılayan sammitin ev sahibi Qırğızıstan prezidenti Sadır Japarova yaxınlaşaraq gülümsəyərək deyib: “Gecikmişəm? Mercedes zəifdir, işə onunla getməzlər. Piyada getdim!"

Əlaqəli Xəbərlər