Ana səhifə / Siyasət / Almaniya kansleri İlham Əliyevi təbrik edib Almaniya kansleri İlham Əliyevi təbrik edib 15.02.2024, 15:04 Nərmin Qocamanlı Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Operativ Media" xəbər verir ki, məktubda deyilir: "Çox hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır. Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam. Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram". Teqlər: "Almaniya kansleri \u0130lham \u018fliyevi t\u0259brik edib"