Menyu

Britaniyanın Baş naziri: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcəyik

Nərmin Qocamanlı
Britaniyanın Baş naziri: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcəyik

“2024-cü il Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir, çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız”.

"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

“Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz artıq COP26-nın ev sahibi kimi öz dəstəyimizi və təcrübəmizi təklif edirik. COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin olar bilərsiniz” – o, qeyd edib,

Teqlər:

"Britaniyan\u0131n Ba\u015f naziri: COP29-un u\u011furla ke\u00e7irilm\u0259si \u00fc\u00e7\u00fcn Az\u0259rbaycana d\u0259st\u0259k ver\u0259c\u0259yik"

Əlaqəli Xəbərlər