İctimai fəal Bəxtiyar Hacıyev həbs edilib-YENİLƏNİB 2

Nərmin Qocamanlı
İctimai fəal Bəxtiyar Hacıyev həbs edilib-YENİLƏNİB 2

Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

"Operativ Media" xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

***

14:57

Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün  məhkəməyə göndərilib.

Bu barədə DİN mətbuat xidmətindən "Operativ Media"ya bildirilib.

***

 

14:26

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə aparılır”.

 

Digər xəbərlər