Ana səhifə / Siyasət / Paşinyanla Putin arasında görüş başlayıb-FOTO Paşinyanla Putin arasında görüş başlayıb-FOTO 09.12.2022, 16:12 Nərmin Qocamanlı Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. "Operativ Media" bu barədə "Armenpress"ə istinadən xəbər verir. Qeyd edək ki, görüş bu gün keçirilən Avrasiya İqtisadi Birliyinin (AİB) sammiti çərçivəsində baş tutub.