İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Hollandiyanın xarici işlər naziri Vopke Hukstra arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı İran XİN rəhbəri bəzi qərb rəsmiləri və dairələrinin iranlı gəncləri və qadınları qızışdırmaq və bu məqsədlə mediadan vasitə kimi istifadə etmək cəhdinin diplomatik sahədə səmərəsiz hərəkət olduğunu və zorakılığın və terror aktlarının yayılmasına gətirib çıxardığını bildirib.






