Menyu

İlham Əliyev: Əminəm ki, Azərbaycan-Litva münasibətləri bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək

Nərmin Qocamanlı
İlham Əliyev: Əminəm ki, Azərbaycan-Litva münasibətləri bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək

Prezident İlham Əliyev Litva Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Gitanas Nausedayaya təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, Litva xalqını və Prezident Gitanas Nausedayanı milli bayram münasibətilə səmimi-qəlbdən təbrik edən dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.

Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir”.

Prezident İlham Əliyev bu əlamətdar gündə Gitanas Nausedayaya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Litva xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər