Kanadanın Rusiyadakı səfiri Elison Lekler Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Operativ Media"nın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, buna səbəb rəsmi Ottavanın Rusiya ilə bağlı nümayiş etdirdiyi mövqedir.
Nazirliyin məlumatına görə, Kanadanın rəsmi hakimiyyət orqanlarının təbliğ etdiyi rusofobiya hərəkətləri normal diplomatik münasibətlərdən kənara çıxmaqdır.






