Menyu

Prezident: ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğv edilməsi vacibdir

Prezident: ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğv edilməsi vacibdir

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, bu sözləri dövlət başçısı fevralın 16-da Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşü zamanı deyib.

Azərbaycan lideri ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər