Azərbaycanla Almaniya arasında iqlim sahəsində birgə fəaliyyət müzakirə edilib
Münxen Təhlükəsizlik Konfransında (MSC2024) iştirak edən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi siyasətində ixtisaslaşmış amerikalı alman ekofəal, Almaniyada Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqanla görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” səhifəsində bildirilib.
"Görüş zamanı tərəflər hər kəs üçün səmərəli bir gələcək qurmaq üçün iqlim fəaliyyətini genişləndirmək və birlikdə çalışmağın vacibliyini müzakirə ediblər", - paylaşımda qeyd olunur.
Teqlər:
"Az\u0259rbaycanla Almaniya aras\u0131nda iqlim sah\u0259sind\u0259 birg\u0259 f\u0259aliyy\u0259t m\u00fczakir\u0259 edilib"