Bolqarıstanın Baş naziri istefa verəcək
Nərmin Qocamanlı
Bolqarıstanın Baş naziri Nikolay Denkov əvvəlcədən razılaşdırılmış rotasiya çərçivəsində martın 6-da vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, Nikolay Denkov bu barədə Münxen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə açıqlama verib.
“Martın 6-da mən istefa verəcəyəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək”, – deyə Nikolay Denkov bildirib.
O qeyd edib ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi hələ də açıq qalır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net