Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib - YENİLƏNİB
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.
Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.
Sonra xatirə şəkli çəkdirildi.
Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazdı.
***
11:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Teqlər:
"Prezident \u0130lham \u018fliyev Ankarada An\u0131tq\u0259biri ziyar\u0259t edib - YEN\u0130L\u018fN\u0130B"