Menyu

Gürcüstanın Katolikos-patriarxı Azərbaycan Prezidentini təbrik edib

Gürcüstanın Katolikos-patriarxı Azərbaycan Prezidentini təbrik edib

Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Bu, ölkənizin vətəndaşlarının Sizə göstərdiyi böyük etimadın təzahürüdür və tamamilə qanunauyğundur.

Sizin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına şəxsi töhfənizi yüksək qiymətləndiririk. Ümidvarıq ki, bu münasibətlər tərəfdaşlıq prinsipi əsasında gələcəkdə daha da möhkəmlənəcəkdir.

Sizə və ailənizə cansağlığı, əmin-amanlıq, Azərbaycanın firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər