Küveytin Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Nərmin Qocamanlı
Küveyt Dövlətinin Baş naziri Məhəmməd Sabah əl-Salim əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Operativ Media" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına göstərdiyiniz xidmətdə, ölkənizin tərəqqisi və rifahı istiqamətində fəaliyyətinizdə Zati-alinizə uğurlar arzulayıram. Xalqlarımız arasında mövcud olan sıx dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edərək, bu münasibətlərin ölkələrimizin mənafeyi naminə daha da inkişaf etdirilməsi ilə bağlı istəyimizi bir daha vurğulayıram.
Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı inkişaf və rifah arzulayıram".
Teqlər:
"K\u00fcveytin Ba\u015f naziri Prezident \u0130lham \u018fliyev\u0259 t\u0259brik m\u0259ktubu \u00fcnvanlay\u0131b"