Menyu

Makron gələn həftə Parisdə Avropa liderləri ilə görüşəcək

Nərmin Qocamanlı
Makron gələn həftə Parisdə Avropa liderləri ilə görüşəcək
1 dəq oxu

Fransa prezidenti Emmanuel Makron fevralın 26-da Parisdə bir sıra Avropa liderləri və hökumət nümayəndələri ilə görüş keçirəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə prezidentin ofisindən bildirilib.

Məlumata görə, görüşdə Ukraynaya dəstək sahəsində daha geniş əməkdaşlıq müzakirə ediləcək.

Qeyd edək ki, fevralın 16-da Ukrayna prezidenti Volodimir Zelenski və Fransa prezidenti Emmanuel Makron Parisdə Kiyevə 3 milyard avro hərbi yardımın ayrılmasını nəzərdə tutan zəmanətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Əlaqəli Xəbərlər