Menyu

Lekornu: "Heç kim Fransanı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa görə tənqid edə bilməz"

Nərmin Qocamanlı
Lekornu: "Heç kim Fransanı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa görə tənqid edə bilməz"
1 dəq oxu

"Fransa lazım gələrsə, Ermənistanı digərləri ilə yanaşı, yaxın, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemləri ilə də təmin edəcək".

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastyan Lekornu İrəvanda Suren Papikyanla birgə brifinqdə bildirib.

O, Fransanın Ermənistana gecəgörmə cihazları bağışladığını, Bastion zirehli maşınlarının da göndərilməsi üçün hazırlıqların aparıldığını bildirib. 

Lekornu deyib ki, heç kim Fransanı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa görə tənqid edə bilməz.

 

Nərmin Qocamanlı

Əlaqəli Xəbərlər