23 Fevral 2024, 12:01
Fransanın Ermənistanda daimi hərbi müşaviri olacaq
Fransanın Ermənistanda daimi hərbi müşaviri olacaq.
"Operativ Media" xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa müdafiə naziri Sebastyan Lekornu Suren Papikyanla görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Fransalı nazir həmçinin qeyd edib ki, Paris artıq ölkədə aparılan islahatlar kontekstində hava hücumundan müdafiə ilə bağlı proqramları təşviq etmək niyyətindədir.