Fevralın 23-də ABŞ Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü münasibətilə 500-dən çox hədəfə sanksiya tətbiq edəcək.
"Opeativ Media" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksinə, eləcə də “Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdırmağa kömək edən” üçüncü ölkələrin şirkətlərinə yönələcək.
"Vaşinqton Rusiyanı müharibə və müxalifətçi Aleksey Navalnının ölümünə görə məsuliyyətə cəlb etmək istəyir", o, qeyd edib.
Teqlər:
"AB\u015e Rusiyaya yeni sanksiyalar t\u0259tbiq ed\u0259c\u0259k"