Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə görüşüb.
"Operativ Media" xəbər verir kl, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq istiqamətində görülən işlər və qarşıda duran planlar müzakirə edilib.
"Tərəflər Ermənistan silahlı qüvvələrinin islahatları, o cümlədən hərbi təhsil, döyüş hazırlığı və digər istiqamətlər çərçivəsində Ermənistan-Fransa əməkdaşlığını vurğuladılar. Həmçinin regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.
Teqlər:
"Pa\u015finyan Fransan\u0131n m\u00fcdafi\u0259 naziri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"