12 Dekabr 2022, 09:08
Kürdəmirdə qadının xəstəxanada vəfat etməsi faktı ilə bağlı araşdırma aparılır

Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Kürdəmir rayon prokurorluğundan "Operativ Media"ya bildirilib ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olmuş, həmin gün saat 12:00-da isə əməliyyat olunmuşdur. Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat etmişdir.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edi