Menyu

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib-FOTO-YENİLƏNİB

Nərmin Qocamanlı
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib-FOTO-YENİLƏNİB

FOTOLAR ƏLAVƏ EDİLİB

 

***

09:45

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb.

Əlaqəli Xəbərlər