İran İslam Respublikasına qarşı yeni sanksiyaların bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirlərinin iclasında təsdiqlənəcək.
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəsmisi Josep Borrell jurnalistlərə açıqlamasında bildirib.
"Bu gün İrana qarşı qəbul ediləcək sanksiyalar həm humanitar səbəblərdən, həm də İranın Rusiyaya verdiyi dəstəyə görə tətbiq olunacaq. İrana qarşı çox sərt sanksiyalar paketini təsdiqləməyə hazırlaşırıq. İran XİN başçısı ilə heç də asan dialoqum olmadı. İran anlamalıdır ki, Aİ bu ölkədə baş verənləri qəti şəkildə pisləyir, İran qadınlarını, dinc nümayişçiləri dəstəkləmək üçün əlimizdən nə gəlirsə edəcəyik", o qeyd edib.






