http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xocalı soyqırımının 32-ci ildönümü Ankarada silsilə tədbirlərlə anılıb

26 Fevral 2024 , 20:50
Xocalı soyqırımının 32-ci ildönümü Ankarada silsilə tədbirlərlə anılıb

Xocalı soyqırımının 32-ci ildönümü Türkiyənin paytaxtı Ankarada silsilə tədbirlərlə anılıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin və Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkilatçılığı ilə Kalaba Türk Dünyası Meydanda keçirilən anım proqramında Türkiyədə akkreditə olunmuş diplomatik korpus təmsilçiləri, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anma proqramı şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut, Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayıb. Daha sonra soyqırımı qurbanları üçün Qurani-Kərim oxunub.

Keçiören bələdiyyəsinin sədri Turqut Altınok açılış çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman azərbaycanlılara qarşı dünyanın gözü önündə həyata keçirdiyi etnik təmizlik siyasətindən danışıb, sonunda tarixi ədalətin bərpa olunduğunu, şəhidlərin ruhunun şad olduğunu vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Xocalı soyqırımına beynəlxalq arenada layiqli qiymət verilmədiyini, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilmədiyini təəssüflə qeyd edib, dünyada hökm sürən ikili standartları vurğulayıb. Səfir işğala, soyqırımına məruz qalmış Azərbaycan xalqının yanında olan Türkiyənin və Türk Dövlətləri Təşkilatının rolunu qeyd edib, “Xocalıya Ədalət” kampaniyası barədə məlumat verib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar çıxışında ermənilərin tarixən türklərə qarşı törətdiyi qırğınlardan danışıb, Azərbaycan torpaqlarına köçürülən ermənilərin etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı soyqırımı törətdiyini ifadə edərək Xocalıda tapılan kütləvi məzarlar barədə məlumat verib.

Ankara Universitetinin rektoru Nəcdət Ünüvar Xocalı soyqırımının 32 ildir ki, Azərbaycanla yanaşı Türkiyənin də qanayan yarası olduğunu ifadə edib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında Xocalı soyqırımının miqyasına toxunub, Qərb dövlətlərinin bu soyqırımına münasibətdə səssiz qalmasını tənqid edib.

Proqramın sonunda Kalaba Türk Dünyası Meydanında yerləşən Xocalı abidəsi önünə çiçəklər qoyulub.

Daha bir tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin və Ankaranın Kızılcahamam rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı muzeyində baş tutub.

Kızılcahamam bələdiyyəsinin sədri Süleyman Acar açılış çıxışında 32 il keçməsinə baxmayaraq Xocalı soyqırımının unudulmadığını və unudulmayacağını qeyd edib. Bələdiyyə sədri Kızılcahamam ilə Xocalının qardaş şəhərlər olduğunu və aralarındakı bağların daha da möhkəmlənəcəyini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək Xocalı soyqırımının Türkiyədə xatırlanmasının önəmini vurğulayıb, bəşəriyyətə qarşı törədilmiş bu qanlı cinayətin dünya miqyasında tanınmasına çağırış edib.

Anma tədbirinin sonunda Xocalı abidəsi önünə çiçək qoyulub və Xocalı muzeyi ziyarət edilib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən anma tədbirində Türkiyədən millət vəkilləri, Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının mahiyyəti barədə danışaraq soyqırımı cinayətini törədənlərin ədalət mühakiməsinə çıxarılmasının zəruriliyini vurğulayıblar.

Tədbir çərçivəsində TBMM-də Xocalı soyqırımını əks etdirən fotolar sərgilənib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu