Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 1-2-də Türkiyəyə səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova bildirib.
Bildirilib ki, Lavrov Antaliya Diplomatik Forumunda iştirak edəcək.
Lavrov Türkiyəyə səfəri zamanı Ukrayna və Suriya, eləcə də ticarət və enerji məsələlərini müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri ilə danışıqlar aparacaq