"Rosatom" Türkiyədə ikinci atom elektrik stansiyası tikəcək
Nərmin Qocamanlı
"Ankara Türkiyədə ikinci atom elektrik stansiyasının tikintisini "Rosatom"a həvalə etmək qərarına gəlib".
"Operativ Media" xəbər verir ki, bu barədə “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına istinad edərək bildirib ki, Ankara ölkədə ikinci atom elektrik stansiyasının tikintisini “Rosatom”a həvalə etmək barədə siyasi qərar verib.
"Türkiyənin ikinci atom elektrik stansiyası ilə bağlı çox fəal danışıqlar gedir", - Lixaçev Dövlət Dumasında hökumət saatında deyib.
Teqlər:
"\"Rosatom\" T\u00fcrkiy\u0259d\u0259 ikinci atom elektrik stansiyas\u0131 tik\u0259c\u0259k"