Menyu

Ceyhun Bayramov: Ermənistanın revanşist davranışının təşviqində üçüncü tərəflərin rolu ciddi narahatlıq doğurur

Nərmin Qocamanlı
Ceyhun Bayramov: Ermənistanın revanşist davranışının təşviqində üçüncü tərəflərin rolu ciddi narahatlıq doğurur

Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir.

"Operativ Media"nın xəbərinə görə, bunu  Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.

"Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir"- deyə nazir qeyd edib.

“Sülh sazişinin mətni üzrə ikitərəfli danışıqlar başlayıb. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə keçiriləciyi gözlənilir”, - həmçinin XİN başçısı vurğulayıb.

 

Əlaqəli Xəbərlər