Paşinyan: "Hazırda Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur"
Nərmin Qocamanlı
"Ermənistan KTMT-də qərarların qəbuluna mane olmur, amma prosesdə iştirak etmir".
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib:
"Ermənistanın hazırda təşkilatda daimi nümayəndəsi yoxdur, o, uzun müddətdir ki, KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmir".
"Biz təşkilatda çox aydın və birmənalı şəkildə, xüsusən də strukturun məsuliyyət zonasının Ermənistanda yerləşməsi ilə bağlı suallar qaldırırıq. Hələ də cavab almamışıq", - Paşinyan bildirib.
Teqlər:
"Pa\u015finyan: \"Haz\u0131rda Erm\u0259nistan\u0131n KTMT-d\u0259 daimi n\u00fcmay\u0259nd\u0259si yoxdur\""