http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Azərbaycan və Portuqaliya XİN başçıları arasında görüş keçirilib

12 Dekabr 2022 , 18:18
Azərbaycan və Portuqaliya XİN başçıları arasında görüş keçirilib

Dekabrın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri cənab Joao Qomes Kravinyo ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, görüş əsnasında nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirib, ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd ediblər. Görüş zamanı, o cümlədən Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub.

 

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Həmçinin, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verib, habelə davam edən mina təhdidlərini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir Joao Qomes Kravinyo ölkəsinin Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

İran SQ-nin yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı Səfirliyini ziyarət edib

İran SQ-nin yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı Səfirliyini ziyarət edib

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu